Gürcüstanın baş naziri istefa verib

Baxış sayı:
11554

Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verib.

Trend-in məlumatına görə, bu barədə onun "Facebook" səhifəsindəki paylaşımında qeyd olunub.

Bir qədər əvvəl Mamuka Baxtadzenin saat 15:00-da tok-şouda açıqlama verəcəyi deyilirdi.

Təsdiqlənməmiş məlumata görə, Giorgi Qaxaria baş nazir vəzifəsində Mamuka Baxtadze ilə əvəz olunacaq və İrakli Qaribaşvili daxili işlər naziri vəzifəsinə qayıdacaq.