“Gürcüstanda koronavirusun daxili yayılması qeydə alınmır” – Səhiyyə naziri

Baxış sayı:
1384

“İyunun 14-dən etibarən Gürcüstanda koronavirusun daxili yayılması halı təsdiqlənməyib”.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ən yaxşı epidemiloji vəziyyət baxımından Gürcüstan aparıcı ölkələrdən biridir: “Biz COVID-19-un növbəti yayılma dalğasının qarşısını almağa çalışacağıq”.

Qeyd edək ki, bu günədək Gürcüstanda koronavirusa 958 nəfər yoluxub. Onların 838-i sağalıb, 15-i isə vəfat edib. Son günlərdə COVID-19 diaqnozu qoyulan şəxslər Gürcüstan ərazisinə daxil olan yük maşını sürücüləridir.