Gürcüstan quru sərhədlərini açır - BU TARİXDƏN...

Baxış sayı:
619

Gürcüstan iyun ayının 1-dən quru sərhədlərini açır.
“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının qərargah rəhbəri Georgi Gibradze bildirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Qərara əsasən, quru sərhədlərdən Gürcüstana daxil olan şəxslərdən tam vaksinasiya və ya son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən sənəd tələb olunacaq.
PCR test arayışı təqdim edəcək şəxslər 72 saat ərzində öz hesablarına yenidən testdən keçməli olacaqlar.
Bununla yanaşı, Gürcüstana gedən ziyarətçilərə sağlamlıq sığortasının olması tövsiyə edilib.
Xatırladaq ki, Gürcüstan koronavirusa görə 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb.