Gürcüstan müxalifəti parlamenti boykot etdi - AÇIQLAMA

Baxış sayı:
1261

Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası” birliyi və Leyboristlər Partiyası da yeni parlamentdə təmsil olunmaqdan imtina edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hər iki siyasi təşkilat seçkilərin nəticələrini tanımadığını bildirib.

“Vətəndaşlar - Eliko Elisaşvili” hərəkatı da deputat mandatlarından imtina barədə qərar verib.

“Aqmaşenebeli strategiyası” seçkilərdə 3,15% səs (4 mandat), “Leyboristlər” 1% (1 mandat), “Vətəndaşlar - Eliko Elisaşvili” hərəkatı isə 1,33% (2 mandat) əldə edib.

Beləliklə, qanunverici orqanı bütün müxalifət partiyaları boykot edib.

***18:17

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyi parlament seçkilərində qazandığı deputat mandatlarından imtina edib.

Bu barədə partiyanın liderləri bildiriblər.

“Lelo” və “Qirçi” partiyaları da qanunverici orqanda təmsilçilikdən imtina etdiklərini açıqlayıblar.

Qeyd edək ki, “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku seçkilərdə 27,14% (35 mandat), “Lelo” 3,15% (4 mandat), “Qirçi” isə 2,89% səs (4 mandat) əldə edib.

Bundan öncə “Avropalı Gürcüstan” və “Vətənpərvərlər Alyansı” partiyaları da analoji qərar qəbul ediblər.