Gürcüstan hökuməti tam tərkibdə istefa verdi - YENİLƏNİB

Baxış sayı:
402

Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
Baş nazir Giorgi Qaxarianın istefası ilə əlaqədar olaraq hökumət tam tərkibdə istefa verib, bununla yanaşı, hökumət növbəti Baş nazir müəyyən edilənədək səlahiyyətlərini davam etdirəcək. 
Qanunvericiliyə əsasən ölkə parlamenti 2 həftə ərzində yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməlidir./apa

 

***
10:36
Gürcüstanın Baş naziri Giorgi Qaxaria istefa verib.
G. Qaxaria bununla əlaqədar bir neçə dəqiqə öncə açıqlama verib.
O, istefasının səbəbini müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsi ilə əlaqələndirib. G. Qaxaria qeyd edib ki, N. Melianın həbsi məsələsində komandası ilə razılığa gələ bilməyib və istefa vermək barədə qərar qəbul edib: “Mən öz vəzifəmdən istefa vermək barədə qərar qəbul etmişəm. Əlbəttə, inanıram ki, bu addım ölkəmizdə siyasi sahədə qütbləşməni azaldacaq. Əminəm ki, qütbləşmə və aramızdakı qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və hər növ böhranla mübarizə istiqamətində ən böyük riskdir”.