Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Baxış sayı:
6949

Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus “Gəncə Nəqliyyat” MMC-yə yeni direktor təyin edilib. 
Muxalifet.az “report”a istinadla xəbər verir ki, bu, direktoru əvəz edən Araz Rəfibəylidir.  
O, sözügedən vəzifədə Murad Səttarovu əvəz edib. 
Xatırladaq ki, “Gəncə Nəqliyyat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.