G-20-nin koronavirusla bağlı virtual sammiti başlamaq üzrədir – Mətbuata tam qapalı keçiriləcək

G20-nin koronovirusla bağlı virtual sammiti mətbuata tam qapalı şəraitdə keçiriləcək.

Bu açıqlamanı Rusiya prezidentinin mətuat katibi Dmitri Peskov verib. Kremlin təmsilçisi deyib: “Yalnız sammitin texnoloji cəhətdən necə keçirildiyini göstərən videokadrlar nümayiş etdiriləcək”. O, sammitin formatını təşkilatçı-ölkənin seçdiyini bildirib.

Sammitin təşkilatçısı G20-nin sədri olan Səudiyyə Ərəbistanıdır. İlk dəfədir ki, “iyirmilik” telekörpü formatında iclas keçirir.

Virtual sammit Bakı vaxtı ilə saat 16.00-da başlanacaq./Hurriyyet.org