Fətullah Güləndən o şəxsə qarşı SUİ-QƏSD TƏLİMATI

Baxış sayı:
8452

Milat-ın xəbərinə görə, Fetullah Gülən, bəzi siyasi şəxslərə qarşı sui-qəsd əmrini verib. Gizli xəbərləşmə proqramları ilə təşkilat üzvlərindən hər an hərəkət və sui-qəsdlərə hazır olmasını istəyən Gülən, bu dəfə ona qarşı qəhrəmancasına mübarizə aparan siyasətçilərə qarşı açıq ad verərək sui-qəsd tapşırığı verib.
 
FETÖ başçısı, özünə qarşı qorxmadan mübarizə aparan siyasi şəxsləri hədəfə qoyub. Bir çox əmri internet saytında dərc olunan söhbətlərində gizli şifrə ilə verən Gülən, FETÖ ilə mübarizə işlərindən əl çəkməyən, təşkilat üzvlərinin layiq olduğu cəzaları alması üçün böyük səy göstərən AK Partiyalı Mətin Külüngə sui-qəsd edilməsi istiqamətində müraciət edib.
 
İki yerdə Külüng adını verdi
 
FETÖ-nun 28 oktyabr 2018 tarixində nəşr olunan son söhbətində Külüng adı iki yerdə keçib. Yatan dayaq nöqtələrinə “oyanın” göstərişi verən Gülən, "Cənnət, sanki insanın üstünlüyünə gedəcək, öhdəsindən çətin gələcəyi, nifrətlə qarşılayacağı şeylər ilə əhatə edilmişdir. Bir az tikanlar vardır o yolda. Buna görə də insan bəzən ağır çəkiclə vurula, bəzən başından bir "külüng”lə zərbə ala bilər, Həzrəti Həmzənin sinəsinə sancıldığı kimi".
"Balyoz”culara qarşı, "külüngçülərə” qarşı, daim sizin üzərinizə nizələrlə gələnlərə qarşı, sizi zindanlara atanlara qarşı, sizi düşmən bir şəbəkə kimi göstərənlərə qarşı, siz də “Haqqımı halal edirəm” deməyə özünüzü hazırlayın. Bu, igidcəsinə bir şey olacaq" sözləri ilə açıq şəkildə AK Partiyalı Mətin Külüng-ü hədəf göstərib.
Qeyd edək ki, terrorçubaşı Gülən, Pensilvaniyadakı sarayında ABŞ-ın müdafiə zirehi altında xaincəsinə əməllərini davam etdirir.

Müxalifət.az