​Fransadan İrana cavab: MÜTTƏFİQİMİZ ONLARDIR

Fransa Yaxın Şərqdə sülh yaratmağa çalışır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron İran Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq deyib.
“Fransa milli bütövlüyü və plüralizmi dəstəkləyir. Biz regionda münaqişə tərəfləri ilə, o cümlədən İranla dialoq qurmağa çalışırıq. Bu gün bir çoxları sünni və şiələr arasında yaşanan qarşıdurmaya Qərb güclərini cəlb etməyə çalışır. Fransanın rolu burada hər kəslə danışmaqdır”, - dövlət başçısı bildirib.
Makron onu da əlavə edib ki, regionda Fransanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı kimi müttəfiqləri var.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Fransanı Yaxın Şərqdə böhranı alovlandırmaqda ittiham edib.