Fransadakı “erməni soyqırımı” abidəsi də “payını aldı”...- FOTO

Baxış sayı:
3592

Fransanın Bandol şəhərində ermənilərin xaç daşı qaraya boyanıb.   
Muxalifet.az
moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb. Sosial şəbəkələrdə ortaya çıxan fotolardan görünür ki,  qondarma ““erməni soyqırımı” qurbanlarının xatirəsi”nə  qoyulmuş xaçkarı qara boya ilə boyayıblar.  Abidənin bir tərəfində isə "TÜRK" yazısı var.  
Qeyd edilir ki, 2017-ci ilin mart ayında bu Fransa şəhərinin mərkəzi prospektində quraşdırılmış erməni xaçkarı saxta “”erməni soyqırımı” qurbanlarının xatirəsi”nə və erməni-fransız dostluğuna həsr edilib.
Fransadakı Ermənistan səfirliyi  bu aksiyanı "qətiyyətlə pisləyib"...
P.S. Həmkarlarımıza bu xəbərdə “erməni abidəsi təhqir olundu” ifadəsini yazmamağı tövsiyə edirik.  Çünki saxtakarlıq və ona qoyulan abidə hər hansı bir ləyaqətə malik ola bilməz. Bunlar məhz təhqirə layiqdir...
P.P.S. Çox güman ki, heç bu xaçkarın belə günə salınmasından hər hansı türkün və ya türk təşkilatının xəbəri yoxdur. Və bu akt millətçi ermənilərin özü və ya digər təxribatçı güclər tərəfindən erməniərin türklərə qarşı növbəti qızışmasına bəhanə vermək üçün törədilib...