Fransada zəlzələ – 5 nəfər yaralanıb, 30 ev dağılıb
12-11-2019 16:03
Baxış sayı:
8041
Fransanın cənub-şərqində baş verən zəlzələ nəticəsində Le-Tey kommunasında 5 nəfər yaralanıb, 30 ev dağılıb, 250 binaya ziyan dəyib. “Report” “France24” telekanalına istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 5.4 olub. Bildirilib ki, yeraltı təkanların episentri Lion şəhəridir. Ardeş şəhərindəki Krua-Meys Atom Elektrik Stansiyasının işi dayanıb. Zəlzələ nəticəsində AES-ə zərər dəymədiyi vurğulanıb.