Fransada qatar avtobusla toqquşdu: Ölənlər var
14-12-2017 22:12
Baxış sayı:
4496
Fransanın Milla kommunasında, Perpinyan şəhəri yaxınlığında qatarla məktəbli avtobusu toqquşub.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə ağır yaralanıb.
SNCF Milli Dəmiryol kompaniyasının məlumatına görə, hadisə baş verən an keçid qapalı idi.
Faktla bağlı araşdırma aparılır.