Fransa prezidentliyinə namizəd Putinə “sevgisinin” qurbanı oldu… - AVROPA PARLAMENTİ MARİN LE PENİN QARŞISINA “BÖYÜK DAŞ DİYİRLƏDİ”

Prezidentliyə namizəd öz çıxışında seçiləcəyi halda Fransanı NATO-dan çıxaracağını, Rusiya ilə yaxınlaşacağını vəd etmişdi…
Fransada prezident seçkiləri Avropada siyasi gündəmi zəbt etmiş vəziyyətdədir. Hansı ki, prezidentliyə namizədlərdən biri Marin le Penin siyasi karyerasının pik nöqtəsinə çevrilə biləcək prezidentlik kürsüsünün qarşısına əngəl qismində "böyük bir topası dığırladıldı". Aprelin 18-də belə bir açıqlama verildi ki, Avropa Parlamenti (AP) Fransa prezidentliyinə namizəd Marin Le Pen və onun dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan tərəfdarlarından 617 min avronu geri almaq istəyir. Bu barədə “Agence France-Presse” (AFP) bazar günü AP-dəki mənbəyə istinadən məlumat yaydı.
"Avropa Parlamenti bəzi pozuntular aşkar etdikdən sonra Avropa Sui-istifadə və Fırıldaqçılıq Bürosuna (OLAF) müraciət edib. Ümumilikdə, söhbət qanunsuz mənimsənilən 617 min avrodan gedir”, - nəşrdə məlumat verilir.
Mənbənin sözlərinə görə, AP yaxın bir neçə həftə ərzində bu vəsaiti geri qaytarmağı planlaşdırır.
AFP-nin məlumatına görə isə, martın 11-də Paris prokurorluğu Le Pen və onun tərəfdarlarının Avropa Parlamentindəki mandatı kontekstində siyasi qruplara verilən pulları şəxsi məqsədlər üçün istifadə etdikləri barədə məlumat alıb. Müvafiq araşdırmanı Fransanın “Mediapart” portalı aparıb. Araşdırmaya görə, Fransa prezidentliyinə namizəd 2004-2017-ci illər ərzində Avropa Parlamentinin xəzinəsindən 137 min avroya yaxın vəsaiti mənimsəyib. OLAF təhqiqatı 2016-cı ildə açılıb və Le Pen 2021-ci ilin martında dindirilib. Hazırda siyasətçi dövlət vəsaitini mənimsəməkdə, həmçinin bu cinayətdə şərik olmaqda ittiham olunur.
Xatırladaq ki, 2004-cü ildə Le Pen Fransa Milli Cəbhəsi partiyasından Avropa Parlamentinə seçilib. 2017-ci ilin iyununda o, AP-dəki mandatından imtina edib, çünki bu səlahiyyətlər milli parlament üzvlüyü ilə birləşdirilə bilməz. 2021-ci ilin sentyabrında Le Pen 2022-ci il seçkilərində Fransa prezidentliyinə namizədliyini açıqladı.
Çox maraqlıdır ki, Marin Le Penin maliyyə fırıldağı onun aprelin 13-də NATO və Rusiyaya dair bəyanatından sonra peyda oldu. Belə ki, bu tarixdə Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransanın NATO-nun birləşmiş hərbi komandanlığından çıxacağını və Ukraynadakı situsiya bitdikdən sonra Rusiya ilə strateji yaxınlaşma həyata keçirəcəyini bəyan etmişdi. Görünür, elə bu bəyanatı da onun siyasi karyerasında böyük maneə rolunu oynadı.
Onu da qeyd edək ki, son zamanlar prezident Makronun apardığı Fransa xəttində Rusiyaya qarşı "sərtləşmə" müşahidə olunur. Belə anlaşılır ki, Rusiyanın resurslarına perspektivdə tutumlu planları olan ABŞ-Britaniya Rusiyaya qarşı onların yanında yer alması müqabilində Makronun hakimiyyətdə qalmasından yana mövqe sərgiləməyə meyllidirlər. Ən azından Makronun prezidentlik müddətində onun üslubu-tərzinə bələddirlər.
Yeri gəlmişkən, burada qeyd etmək yerinə düşər ki, Almaniyanın SS-çi nəsilndən hazırkı Olaf Şolts administrasiyasında təmsil olunan kabinet üzvlərindən ibarət hökumət heyəti də Fransanın Rusiya ilə həddən artıq yaxınlaşmasına isti yanaşmır. Hər kəs özünə sərf edən mənfəət baxış bucağından çıxış edir.