“Fövqəlnazir”in işçisi xanım sahibkarın pulunu qaytarmır – GÖYÇAYLI SAHİBKARDAN BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
2668

"Kamaləddin Heydərov və Müşfiq Məmmədov isə onun bu qanunsuzluğuna göz yumaraq, öz vəzifəsində saxlayırlar"
 
Göyçay şəhəri, Natavan küçəsi ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Mehriban xanım!
2017-cı ilin yay aylarında Göyçay Rayon Yanğından Mühafizə Hissəsində manqa komandiri olan Qurbanov İlqar Afad oğluna 16 800 manat borc pul vermişəm. Bu pulu İlqar Qurbanova notarial qaydada borc müqaviləsi bağlayaraq vermişəm. Müqaviləyə əsasən, İlqar Qurbanov sentyabr ayının axırına kimi bu borcu qaytarmalı idi. Lakin həmin müddətdə o borcu qaytarmaqdan imtina etdi. Buna görə də Göyçay rayon Notariat Kontorunun 7E-11509 saylı icra qeydi icra olunması üçün icraata yönləndirildi.
Lakin keçən bu müddət ərzində İlqar Qurbanov mənə olan borcunu az-az ödədiyinə görə hal-hazırdada 4711 manat borcu qalıb. Baxmayaraq ki, borcun bir dəfəyə ödənilməsi barədə məhkəmə qərarı da var. Eyni zamanda o 10 gün inzibati qaydada həbs tənbehi də olub. Bütün bunlara baxmayaraq, yenə də İlqar Qurbanov bu borcu ödəməkdən imtina edir.
Qeyd edim ki, İlqar Qurbanov Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsində çalışaraq rütbə daşımasına və məmur olmasına baxmayaraq qeyri-qanuni yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Günü Zaqatala və Balakən rayonlarının bazarlarında cücə satmaqla keçir. Bu adam rəsmi işlədiyi Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsində nə vaxt və necə işləyir, bunu anlaya bilmirəm. Çünki cücə satışının sezonu zamanı onun işi-peşəsi bu bazarlarda cücə satmaqdır. Ona bu şəraiti yaradan isə Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov və Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Müşfiq Məmmədovdur. İlqar Qurbanov 10 gün inzibati qaydada həbs tənbehi olunsada tənbeh olunmayıb. Çünki tənbeh olunsaydı mənə olan borcunu ödəyərdi. Kamaləddin Heydərov və Müşfiq Məmmədov isə onun bu qanunsuzluğuna göz yumaraq, öz vəzifəsində saxlayırlar. İlqar Qurbanovda bundan istifadə edərək keçən bu üç il ərzində qanunsuz sahibkarlıq fəaliyyəti ilə özünə iki ədəd yeni maşında alıb. Hansıki, mənə olan borcunu verməli olduğu halda gedir özünə maşın alır. Eyni zamanda cücə satşından əldə etdiyi gəlirdəndə dövlətə vergi və digər ödənişlərini etmir. Bütün bunlara baxmayaraq  onun bu qanunsuzluğununda qarşısı alınmır.
Hörmətli Mehriban xanım!
Mən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram və İlqar Qurbanov törətdiyi bu əməllərlə mənə böyük miqdarda ziyan vurur. Onun bu əməllərinə görə üç ildir mənim cücə sexim fəaliyyətini dayandırıb. Mən daha neçə il gözləməliyəm ki, onun mənə olan borcunun qalan hissəsini ödəsin. Ona görədə sizdən xahiş edirəm Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Qurbanov İlqar Afad oğlunun mənə olan borcunun ödəməsinə köməklik edəsiniz və eyni zamanda dövlət işçisinə yaraşmayan qanunsuz hərəkətlərinə görə onun ciddi şəkildə cəzalandırılmasına tapşırıq verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.