FHN yanğın yerindən VİDEO YAYDI

Baxış sayı:
2344

Fövqəladə Hallar Nazirliyi paytaxtın Binəqədi rayonunda baş verən yanğın yerindən video yayıb.

Muxalifet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin digər aidiyyəti rəhbər şəxsləri hadisə yerindədir.