FHN-nin qarşısında intihara cəhd – Vətəndaş özünü yandırmaq istədi - Foto

Baxış sayı:
775

Ağsu rayon sakini Cahangirov Rəşad Firudin oğlu Fövqəladə Hallar Nazirliyinin binası qarşısında intihara cəhd edib. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı müstəqil reportyor Fatimə Mövlamlı paylaşıb. Onun sözlərinə görə, Rəşad Cahangirov özünü yandırmaq istəyib. Lakin FHN-nin mühafizəçisi müdaxilə buna imkan verməyib. Vətəndaşın bu addımına səbəb Ağsuda yaşadıqların evin qəzalı olması, müvafiq qurumların, xüsusilə FHN-nin heç bir tədbir görməməsidir. Rəşad Cahangirov bildirib ki, evi fevral ayından qəzalı vəziyyətdədir və artıq 10-cu aydır ki, hamilə həyat yoldaşı, xəstə atası həmin evdə təhlükə altında yaşayır.//Yenisabah.