Fars şovinizminin təbliğat vasitəsi: Şiyə məhzəbi…

Baxış sayı:
1534

… və ya Azərbaycan mediasının üç istiqamətdə uduzmasının acı nəticəsi!

Azərbaycanı ciddi cəhdlə doxsanıncı illərin ab-habasına qaytarmaq istəyirlər. Talış separatçısı, erməni təbliğatçısı, Sadval oyuçusu və fars şovinizminin tüğyan etdiyi dönəmə. Bun “hücumu” indilik üç istiqamətdən təşkil ediblər. Təhsil və din üzərindən. Bir də xaricdəki mühacir TV-lərdən. Təhsildə Rusiya, dində İran işləyir. Biri “urus sektoru”, “biri ya Hüseyn” deyə-deyə. Üçüncü isə sadəcə təbliğat vasitəsidir. “Hücum” formatı bəlli, təhqir, hədyan. Bir də böyük auditoriyaları var ki, ən təhlükəlisi elə budur. Sonuncudan başlayaq. Niyə mühacirdə oturub dövlət döyən, xarici maraqlara qulluq edən adamları insanların bir qismi, bilə-bilə, bir qismi cahilcə, bilməyərəkdən dinləyir.

Cavab çox sadədir Azərbaycanın media sektorunda onların danışdıqları məsələ müzakirə predmeti olmur: Media da, məmur da, ekspert də danışmaqdan qorxur. Yəni onlar edilməyəni edir. Bizsə göz görə-görə prosesi uduzmağa doğru gedirik.

…Bir sözlə üzərimizdə ciddi iş gedir. Nə qədər desək ki, biz də işləyirik, nəticə olmayınca, bu sadə sözdən başqa heç nə ifadə etməyəcək. Bu günə olan nəticəmizsə bu ki, Azərbaycan informasiya məkanında üç istiqamətdə, yerli, regional və beynəlxalq savaşında başarılı deyil…

İndi AZƏRBAYCAN dövləti, sən sən ol, hakimiyyətinin bəlli kürsülərini tutan məmur balalarına başa sal ki, amanın günüdür üstümüzə betər gəlinir!

Dostluq, qohumluq, uşaqlıq, məktəb yoldaşı, qayın, baldız, gəlin, qayınata, qayınana siyasətindən əl çəkilsin! İşi bilənlər iş başına gətirilsin. İşləyə bilənlər işə cəlb olusun. Biz iyirimi ildən sonra anlamışıq ki, bu sistem və üsulü-idarəçilik biz cəhənnəm, dövlətə bəladan başqa nəsə gətirmədi. Bu bəla bir yana, hələ üstümüzə başqa bir yoldan da gəlirlər. O yoldan ki, biz özünüzü dünyaya o olmasa millət kimi təqdim də edə bilmirik. Haradan? Əbülfəs Qarayevin bərbad günə qoyduğu mədəniyyət sahəsindən.

İndi Azərbaycanın kinostudiyasının dayanmadan işləmə zamanıdır.

İndi Azərbaycanda Bəstəkarlar İttifaqı nəfəsi kəsilənə qədər işləməlidir.

İndi Azərbaycan rejissorlarının, peşəkar teatr, kino xadimlərinin üzərinə əsilməsi üçün ciddi məqamdır.

İndi Azərbaycanın mədəniyyət, incəsənət, milli ruhu olan siyasət adamlarına “stavka” olunmalıdır.

İndi onlara dövləti müdafiə lazımdır.

İndi bu məsələlərin ölkə KİV-lərindən ütüsüz, terminologiyadan uzaq sadə dillə adamlara anladılması artıq şərtdir.

İndi adamlar anlamalıdır ki, İlsam təkcə din, inanc yeri deyildi. İslam həm də böyük bir tarixi dönəmin, dünya idarəçiliyinin
dəyişdirilməsi, dünyanın ikiyə bölünüb idarə olunması üçün siyasi cərəyan, prosses idi. Adamlar qəbul etməlidir ki, Məhhəməd təkcə peyğəmbər, islam lideri deyildi, həm də siyasi xadim idi. İslam hərəkatı onun üzrindən idarə olundu. İnsanlar başa düşməlidirlər ki, islamın şiə təriqəti fars şovinizminin təbliğat vasitəsidir, onlar Məhəmmədin yox, Hüseynin liderliyini qabardır, böyüdürlər. Hüseyn isə, qohumluq əlaqələri bir qırağa, həm də Məhəmməd ümməti idi. Yəni Məhəmməddən uca, böyük və ali deyildi.

Və onu da anlamaq lazım ki, bu mövzular ölkənin mediasının bu günki duruma gətirilməsindən yığılıb, şişib artıq evimizin işinə gətirilir. Çox sivil və müasir vasitələrlə. Buna Azərbaycanın problemlərlə dolu mədəniyyət sektorunda əl tutub, gələcək planlara güc verməyə “sap” düzəldirlər, nə zamansa bu ölkədə boyun vuracaq balta sapı.

Bu gün o sap, Azərbaycanda guya dini ilahi kimi ictimai rəyə təqdim olunan şiə təbliğatını üzərində qurulan uşaq mahnılarıdır.

Bu gün o sap, Hüseyni Məhəmmədlə hərdən eyniləşdirən, əsasən üsün tutan video kliplərdir.

Bu gün o sap, klipmeykerliyin ən bahalı işi sayılan, animasiyalı dini kliplərdir.

Bu gün o sap, ciddi nüfuza sahib və həm də ictimai xadim olan Azərbaycanın xalq artistinin bu təbliğat prosesində özünün də xəbəri olmadan, istifadə edilməsidir.

Bu gün o sap, ölkənin siyasi həyatında mühim rolu olan, daha dəqiqi, dövlət siyasətinin təbliğat vasitələri olan telekanalların aparıcılarından istifadə olunmasıdır, onların buna göz yumması, daha dəqiqi bunu anlamamasıdır.

O sap, nüfuzlu sənət adamları, ictimai xadimlərdən, jurnalist və aparıcılardan, yaxşı qonorar qarşılığı bu prosesdə istifadə edə bilənlərdir!

Bu qədər aydın mənzərəni görmək doğurdanmı çətindir cənablar!

Bu gün ölkədə nə ingiliscə çıxışlara, nə göstərdiyimiz humanitar yardımlarla öyünmək zamanı deyil.

Dövlət başçısının ünvanına əxlaq kodeksinin bütün bəndləri pozulur, “onlar kimdi axı” epitetini deyə-deyə və susa-susa, o təhqirlər artıq Bakıdan səslənir və hər gün artır. Siz bunu doğurdanmı eşitmirsiniz? Və ya bəlkə elə belə sərfəlidir, eşitməmək! Niyə bir deputat, bir məmur bu mövzuda danışmır. Bu mövzular nə zaman onlara sərf edəcək? Nəyi gözləyirlər axı?

Bir gün birlərinin gəlib xalqa “durun eyy, durun əşiii…” deyəcəyi günümü? Bəlkə də…
 

Jalə MÜTƏLLİMOVA