Eyyub Hüseynova ağır itki - KANADADA YAŞAYAN QIZI...

Baxış sayı:
21550

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

Muxalifet.az xəbər verir ki, bu barədə Eyyub Hüseynovun özü məlumat verib. Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib. E. Hüseynov bildirib ki, Xumar bir ildir ki, ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış. O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib:

"Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm".

Muxalifet.az Eyyub Hüseynova və mərhumun yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!