"EuroHome"-da etiraz - Əmlakı yanan sahibkarlar kompensasiya tələb edir

Baxış sayı:
1813

Ötən ilin dekabrın 10-da bir hissəsi yanan "EuroHome" tikinti materialları bazarında çalışan yüzlərlə sahibkar aksiya keçirib.

Azpolitika.info xəbər verir ki, bazara toplaşan zərərçəkənlər ticarət mərkəzinin Azay adlı rəhbəri ilə danışıqlar aparıb, ona etirazlarını çatdırıblar.

İş adamlarından birinin sözlərinə görə,  ötən il baş verən yanğından sonra rəhbərlik onlara bildirib ki, dağılan yerləri bərpa edib fəaliyyətə başlasınlar, dəstək olacacaqlar. Amma ötən ay əvvəl ticarət mərkəzi yenidən yanıb və onlar ikinci dəfə böyük həcmdə zərərə düşüblər.

"İndi nə bizə kompensasiya verirlər, nə də işləməyə şərait yaradırlar. Çox çətin vəziyyətdəyik, nə edəcəyimizi bilmirik. Ticarət mərkəzinin rəhbərliyi bizi yaxın qoymur. İndi şikayətimizi kimə deyək, çatdıraq, nətciəsi olsun" - deyə külli miqdarda zərərə düşən sahibkarlardan biri deyib.

Xatırladaq ki, mayın 11-də gecə saatlarında "EuroHome"-da ikinci dəfə güclü yanğın olub. FHN-nin hadisə ilə bağlı yaydığı məlumata görə, nəticədə ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb. Bu sahibkarlara milyonlarla manat həcmində ziyan dəyib.