Ermənistanda silahlı insident - 3 ÖLÜ, 5 YARALI
5-10-2019 14:38
Baxış sayı:
4150

Oktyabrın 4-də Ermənistanın Vanadzor rayonunda silahlı insident baş verib.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində üç nəfər – Andranik Ohanyan, Hor Qriqoryan və David Ohanyan – ölüb, beş nəfər isə yaralanıb.
Hadisə yerindən seriya nömrəsi silinmiş “Makarov” tapançası tapılıb.
Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində məlum olub ki, mübahisə zamanı 46 yaşlı kişi “Makarov” tapançasından oradakı şəxslərə atəş açıb.
Qətli törədən Vanadzor sakini saxlanılıb. O, cinayət törətdiyini etiraf edib.