Ermənistanda polkovnik həbs olundu - RÜŞVƏTƏ GÖRƏ

Baxış sayı:
25630

Ermənistanda "Koş" cəzaçəkmə müəssisəsinin rəhbəri, ədliyyə polkovniki Lyova Bağdasaryan rüşvət aldığına görə saxlanılıb.

"Sputnik Ermənistan" xəbər verir ki, məlumatı Ədliyyə Nazirliyi Cinayət icra idarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan təsdiqləyib.

Onun sözlərinə görə, həbsxana rəisi bu gün səhər saatlarında həbs olunub.

Cinayət işi Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Qeyd edək ki, Lyova Bağdasaryan 2015-ci ildən "Koş" cəzaçəkmə müəssisəsinin rəhbəri işləyib.