ERMƏNİSTANDA MÜHARİBƏ XOFU… - Dünən müdafiə nazirini dəyişən Paşinyan xəyanətdə ittiham olunur…

Baxış sayı:
469

Azərbaycan hərbçilərinin Zəngəzurdakı bəzi hərbi postlarda irəliləməsi və erməni hərbçilərini təslim olma görüntüləri erməni cəmiyyətini dərin depressiyaya qərq edib.

Muxalifet.az xəbər verir ki, "Ermənistan" fraksiyasının katibi Artsvik Minasyandan Nikol Paşinyan və haızrkı hökumətə qınaqlar gəlməkdə davam edir. Belə ki, Minasyan Nikol Paşinyanı dövlətə xəyanətdə suçlayıb:

"Əvvəl-axır Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının pozulması ilə bağlı cinayətlər törətmiş, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətənə xəyanət kimi qiymətləndirilən əməllər törətmiş şəxslər barəsində cinayət işi başlanmalıdır", - Artsvik Minasyan açıqlama verib.

“Elə cinayətlər var ki, onların müddəti 10 ildən də əvvələ gedir. Qoy, indiki hakimiyyət orqanlarından heç biri düşünməsin ki, bu işlərlə bağlı cinayət işi başlanmayacaq, üstəlik tərkibində, əsas ifaçısı Nikol Paşinyan və bir sıra digər yüksək vəzifəli məmurların iştirakçısı olduğu vətənə xəyanət elementlərindən ibarət olan hadisələrin araşdırılması ilə bağlı bir neçə iş hazırlanıb. Bütün işlər araşdırılacaq, ədalət bərpa olunacaq”, - deyə Minasyan bildirib.

Ermənistanın hazırkı vəziyyətinin doğruduğu panikanı daha bir erməni siyasətçinin sözləri də tam gerçəkliyi ilə ifadə edir desək yanılmarıq. "Ermənistan" fransiyasının daha bir deputatı Vahe Akopyan, "ölkəmiz hər gün yeni problemlərlə üzləşir. Ötən həftə baş verənləri təhlil edəndə belə qənaətə gəlirik ki, keçən il aldığımız məğlubiyyət uzunmüddətlidir" sözləri kiçik, süni Ermənistan dövlətciyinin düşdüyü vəziyyəti kifayət qədər gözlər önünə sərir.

“Biz Qoris-Kapan yolunun itirilməsi ilə kifayətlənmədik, Qafan-Çakaten yolu da bağlandı, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisində daha da irəliləyir. Problemli olan alternativ yolumuz var, bir sıra yaşayış məntəqələri çətin vəziyyətdədir. Hökumət bu məsələləri həll etmək əvəzinə, hansısa formalaşdırma, müdafiə nazirlərinin dəyişdirilməsi ilə məşğuldur. Bu niyə baş verir, cəmiyyət bilmir. Bəs Suren Papikyanın Müdafiə Nazirliyi ilə nə əlaqəsi var?”, - Akopyan deyir.

Əlbəttə, Akopyanın narahatlığı əbəs yerə deyil. Baş nazir Nikol Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etməsinin rəsmi səbəbi Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlıdır. Hazırda sərhədçilərimiz qışa qədər strateji mövqelərdə möhkəmlənməkdə davam edirlər. Ermənistan Müdafiə Nazirliyi isə həmişə olduğu kimi, bu növ xəbərləri təkzib etməyə çalışır, ancaq internetdə real görüntüləri əks etdirən görüntülərdən sonra təkzib qüvvəsini itirir, onu yerini "acı etiraf" alır. Nikol Paşinyanın Arşak Karapetyanı istefaya göndərməsini rəsmi səbəbi bu oldu ki, Karapetyan nə sərhədi qoruya bilmədi, üstəlik reallığı əks etdirən açıqlamalar da vermədi.

Təbii ki, Paşinyan da erməni cəmiyyətini aldatmaqla, diqqəti yayndırmaqla problemin həll olunmayacağının fərqindədir. Akopyanın, "hökumət bu məsələləri həll etmək əvəzinə, hansısa formalaşdırma, müdafiə nazirlərinin dəyişdirilməsi ilə məşğuldur. Bu niyə baş verir, cəmiyyət bilmir. Bəs Suren Papikyanın Müdafiə Nazirliyi ilə nə əlaqəsi var?” sözləri isə onu deməyə əsas verir ki, Müdafiə Nazirliyinə yad olan Suren Papikyan ilə ermənilərin bundan sonrakı hərbi məğlubiyyəti daha çox olacaq və Paşinyanın da müdafiə sferas tərəfindən birbaşa suçlanması baş verməyəcək. Çünki iş professional hərbçiyə yox, hərbdən xəbərsiz menecerə tapşırıldı. Hərbi uğursuzluqlar böyük ehtimalla Suren Papikyanın müşayiəti ilə genişlənəcək. Üstəlik, yeni təyinat Qarabağ klanı simasında radikal müxalifətin növbəti mitinqinə bəhanə verəcək.