Ermənistan üçün ŞOK: Rusiya ilə əlaqə kəsildi

Baxış sayı:
6676

Gürcüstandan Rusiyaya gedən Kazbek-Yuxarı Lars avtomagistralı noyabrın 1-də axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Yol Patrul Departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, avtomobillərin hərəkəti Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində qadağan edilib. Yolun bağlanmasına güclü qar yağması və görmə imkanlarının tam məhdudlaşması səbəb olub.
Bəzi məlumatlara görə, hazırda Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 100-dən çox avtomobil dayanıb. Gürcüstan tərəfi ehtiyacı olanlara müvafiq köməklik göstərir.
Qeyd edək ki, Kazbek-Yuxarı Lars avtomagistralı Ermənistanı Rusiyaya bağlayan əsas quru yol olduğu üçün işğalçı ölkə üçün həyati əhəmiyyət daşıyır