ERMƏNİSTAN ORDUSU PAŞİNYANIN İSTEFASINI TƏLƏB ETDİ - Hakimiyyət çevrilişinin bir addımlığında

Baxış sayı:
835

Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edib. 

Bu barədə "Sputnik Armenia" xəbər verir.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, iri hərbi birləşmələrin komandanlarının imzaladığı bəyanatda bildirilir ki, Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi "uzaqgörənlikdən uzaq və əsaslandırılmamış" qərardır. Baş Qərargah buna qəti etirazını ifadə edir. 

Hərbçilər belə hesab edirlər ki, Xaşatryanın istefaya göndərilməsi zamanı ölkənin milli və dövlət maraqları nəzərə alınmayıb, bu addım sırf "şəxsi şəxsi ambisiyalara" əsaslanıb. "Belə ağır şərtlər altında qəbul olunmuş bu qərar dövlətçiliyə ziddir və məsuliyyətsizlikdir", - bəyanatda bildirilir. 

Ordu rəhbərliyinin bu bəyanatına Paşinyanın cavabı da gecikməyib. O, ölkədə dövlət çevrilişinə cəhd olduğunu bəyan edərək, tərəfdarlarını dərhal meydanlara səsləyib. "Bizim bütün tərəfdarlarımızı elə bu dəqiqə Respublika Meydanına yığışmağa çağırıram. Yaxın saatlarda canlı efirdə müraciətim olacaq", - Paşinyan bildirib./azpolitika