“Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları dərhal tərk etməlidir” - TUNAHAN KUZU

Baxış sayı:
510

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Niderland parlamentinin deputatı Tunahan Kuzu ilə Qarabağ ətrafında baş vərənlər proseslər, Niderland parlamentində Qarabağ müzakirəsi haqda qısa müsahibə götürüb. Müsahibəni Muxalifet.az-ın oxucularına təqdim edirik:

– Tunahan bəy, bugünlərdə Niderland parlamentində Qarabağla bağlı ədalətli çıxış etdiniz. Münaqişənin həlli ilə bağlı fikirləriniz maraqlı olardı.

– Mən ədalətin tərəfindəyəm. Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları dərhal tərk etməlidir. Bunu mən yox, Birləşmiş Millət Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr tələb edir. Biz beynəlxaq hüquqdan, insan haqlarından danışırıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. 1 milyondan çox insan qaçqın həyatını yaşayır. Bunu hara yazmaq olar? Bu sualın cavabı beynəlxalq insan hüquq təşkilatlarını düşündürməlidir.

– Ermənistan Qarabağdan uzaq Gəncədə dinc insanları qətlə yetirir. Gecə vaxtı Gəncəyə raket atılır. Bu haqda nə deyə bilərsiniz?

– Bu, beynəlxalq hüququn və qanunların kobud pozulmasıdır. Şiddətli tənqid olunmalıdır.

– Azərbaycanın əleyhinə qərar qəbul olunacağı ehtimalı var idi. Sizin çıxışınızın qərarın qarşısınının alınmasında böyük rolu oldu…

– Qanun layihəsi deputatlar Van Helvert, Joel Voordevind tərəfindən irəli sürülmüşdür. Məqsəd ortalığı qarışdırmağa hesablanıb. Xüsusilə, parlamentdə Xristian Partiyası tərəfindən müdafiə olunan qanun layihəsinin məqsədi Azərbaycana qarşı embarqonun qoyulması idi. Əsas odur ki, embaqro qanunu qəbul edilmədi. Bu gün bizim əlimizi gücləndirən əsas faktor beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasıdır.

Biz hüququn, haqqın tərəfindəyik. Azərbaycan burada haqlıdır. Bunu heç kim inkar etməməlidir. Bu kimi halların qarşısı alınmasa, sabah vəziyyət daha da pisləşəcək. Dünyada münaqişələrin sayı artacaq.