​ERMƏNİLƏRİN “ƏLƏ KEÇİRMƏYƏ” ÇALIŞDIĞI KÜÇƏYƏ AZƏRBAYCANIN ADI VERİLDİ – Vanda “Qarabağ məhəlləsi”nin açılışı da oldu / FOTOLAR

Baxış sayı:
1057

Türkiyənin Van bölgəsinin Çaldıran rayonunun mərkəzi küçəsi Azərbaycanın adını daşıyacaq.
Hurriyyet.org xəbər verir ki, bu haqda təşəbbüs Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü İsmayıl Ağayev tərəfindən irəli sürülüb və yerli qurumlar tərəfindən müsbət qəbul edilib.
Əldə etdiyimiz məlumata əsasən, Beynəlxalq Diaspor Mərkəzi və yerli orqanların rəhbərlərinin iştirakı ilə Çaldıranda “Qarabağ məhəlləsi”nin açılışı da olub.
Məlumat üçün bildirək ki, erməni diasporu Çaldıranın mərkəzi küçəsinin adını “Ararat” qoymaq üçün illərdir mübarizə aparıb. Lakin BDM tərəfindən irəli sürülən bu təklif Bələdiyyə Məclisi tərəfindən qəbul edilib və həmin qərar hakim AKP də dəstəkləyib.


Redaksiyadan: Mövzu ilə bağlı oxucularımıza daha ətraflı məlumat verməyə çalışacağıq.