Ermənilər narahatdır: “Putin gələcəkmi?”

Baxış sayı:
21076

Oktyabrın 1-də Ermənistanın paytaxtında keçirilməsi nəzərdə tutulan Avrasiya İqtisadi Birliyinin sammitində Rusiya prezidentinin iştirak edib-etməyəcəyi ermənilərin yuxusuna haram qatıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin açıqlama ilə çıxış edib.
Diplomat jurnalistlərə deyib ki, 1 oktyabr sammitində Rusiya dövlət rəhbərliyinin də iştirakı nəzərdə tutulur. “Azadlıq” radiosunun əməkdaşının oktyabrda Putinin gəlib-gəlməyəcəyi barədə sualına səfir maraqlı reaksiya verib. “O gələcəkmi” sualının cavablında rusiyalı səfir “Bəs, sizdə başqa informasiya var? Məndə başqa məlumat yoxdur” –söyləyib. Diplomat onu da deyib ki, başqa qərarlardan məlumatı yoxdur.
Qeyd edək ki, Ermənistan mediası Putinin İrəvana gəlməyəcəyini yazıb. Məlumata görə, eks-prezident Robert Köçəryan azadlığa buraxılmasa, Rusiya lideri səfər planını təxirə sala bilər.
Köçəryanın məhkəmə iclası isə 12 sentybarda olacaq.