Erməni və kürd terrorçuları Azərbaycana və Türkiyəyə qarşı necə birləşdi...

Baxış sayı:
9334

Türkiyənin "Yeni Akit" qəzetinin yazarı Sabri Balaman erməni terror təşkilatı ASALA ilə kürd terror təşkilatı PKK arasında ötən əsrin 80-ci illərinin əvvəllərindən başlamış müttəfiqlik barədə yazıb. Yazar qeyd edir ki, bu iki terror təşkilatı Türkiyəyə və Azərbaycana qarşı ortaq hərəkət ediblər. Və indi də etməkdədirlər. Virtualaz.org həmin yazını oxuculara təqdim edir: “PKK və ASALA terror təşkilatları 1980-ci il aprelin 8-də Livanda (Sidonda) bir araya gələrək Türkiyə ilə bağlı bəyanatla çıxış etdilər. Bu toplantıdan sonra 1980-ci il noyabrın 9-da Türkiyənin Strasburqda yerləşən Baş Konsulluğu, 19 noyabr 1980-ci ildə Roma-Türk Hava Yolları bürosu hücuma məruz qaldı. 14 yanvar 1982-ci ildə isə Kanadanın Toronto şəhərindəki Türkiyə Konsulluğunda partlayış baş verdi. Hücumları PKK və ASALA birgə həyata keçirdi. 1982-ci ilin mart ayında ASALA lideriAkop Akopyan PKK ilə döyüşdüklərini diləgətirdi. 1985-1986 illərarasında PKK düşərgələrində daşnak bomba mütəxəssisləri PKK terrorçularına təlim keçdilər. Ermənistanda PKK-nın qurulması prosesi 1992-ci ildə başladı. Bu proses Osman Öcalan tərəfindən həyata keçirildi. 30 noyabr 1980-ci ildə Tehranda paylanan ASALA-PKK ortaq bildirişlərində "Erməni, kürd və ərəb xalqlarının bölgədə imperializmə və Türkiyəyə qarşı iş birliyi etmələrinin lazım olduğu" yazılırdı. PKK ilə ASALA arasaında 1987-ci ildə razılaşma əldə olundu. Bu razılığa əsasən, ermənilər PKK daxilindəki maarifləndirmə işlərində iştirak edəcəkdilər. Ermənilər tərəfindən hər il PKK silahlılarına 5 min dollar ödənəcəkdi. Bununla yanaşı,ermənilər PKK ilə birlikdə kiçik miqyaslı terror fəaliyyətlərində də iştirak edə biləcəkdilər. PKK ilə ASALA razılaşması PKK lideri Öcalana ASALA-nın qurulduğu Ermənistanın Anjar şəhərində bir ev verildi. Suriya Kəşfiyyat Xidmətinin rəhbəri general Qazi Kənanın da Livan qərargahı Anjarda idi. 18 aprel 1990-cı ildə Anjarda PKK ilə ASALA yeni bir razılaşma əldə etdilər. Yeni razılaşmaya görə, PKK və ASALA rəhbərliyi əməkdaşlığı təmin etməli idi. Türkiyədəki hücumların kəşfiyyatı ASALA tərəfindən təşkil ediləcəkdi. İnqilabdan sonra alınan torpaqlar bərabər bölünəcəkdi. Düşərgə xərclərinin 75 faizi ermənilər tərəfindən ödəniləcək, hücumlara məhdudiyyət qoyulmayacaq, Türkiyənin digər iri şəhərlərinə də hücumlar ediləcəkdi ... PKK və ASALA eyni zamanda Qafqaza da hücumlar həyata keçirirdilər. 19-20 may 1992-ci ildə bir qrup PKK terrorçusu İranını Urmiya vilayətindən Ermənistan-Azərbaycan sərhədinə gələrək Azərbaycana hücum etdilər. 4 iyun 1993-cü ildə Ermənistanın Hınçak Partiyası Beyrutun qərbindəki PKK və ASALA ilə görüşdü. Abdullah Öcalan "Böyük Ermənistan ideyasına verdiyi töhfəyə görə" Ermənistan Yazıçılar Birliyinin fəxri üzvü seçildi. Sonradan Erməni Xalq Hərəkatı daxilində “Kürdüstan” komitəsi yaradıldı. PKK 24 apreli qondarma "erməni soyqırımı" olaraq qəbul etdi və 21-28 aprel 1980-ci ili "Qızıl Həftə" elan olundu. ASALA və PKK arasındakı görüşlər 4 iyun 1993-cü ildə Ermənistanın Hınçak Partiyası, ASALA və PKK üzvləri Beyrutun qərbindəki PKK qərargahında bir araya gəldi. 6- 9 yanvar 1993-cü ildə Beyrutda iki ayrı kilsədə keçirilən və Livandakı Erməni Pravoslav baş yepiskopu, Ermənistan partiyası rəsmiləri və 150 gəncin iştirak etdiyi toplantılarda bu ifadələr səsləndirildi; ABŞ və digər Qərb ölkələri erməniləri Qarabağdakı müharibədə haqlı tərəf kimi tanıyırlar. Bu fürsətdən istifadə olunmalıdır və Qarabağda döyüşən erməni gənclərinə yeniləri əlavə ediləcək. Türkiyədə vətəndaş müharibəsi (PKK hücumları) davam edəcək, Türk iqtisadiyyatı sıfra enəcək və vətəndaşlar etirazlara qalxacaqlar. Türkiyə bölünəcək və bir kürd dövləti qurulacaq. Ermənilər kürdlərlə münasibətlərini müsbət yöndə aparmalı və kürd mübarizəsini dəstəkləməlidirlər. Bu gün türklərin əlində olan torpaqlar sabah ermənilərin olacaq. MKİ sənədlərindəki PKK-ASALA əlaqələri Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 22 dekabr 2016-cı ildə PKK və ASALA terror təşkilatlarının əməkdaşlıq etmələrini açıqladı. MKİ sənədlərinə görə, ASALA yaraqlıları Ararat dağında və İrəvanda hərbi təlim keçiriblər. 26 Avqust 1985-ci il tarixli sənəddə PKK-nın Türkiyədəki ideoloji və silahlı quruluşu izah edildi. PKK ilə erməni terrorçuları arasındakı əlaqəyə gəlincə, “1984-cü ilin yayında PKK öz yaraqlılarından, digər kürd və sol qruplarından və bəzi erməni terrorçulardan ibarət “HRK” adlı birlik yaratdı. Eyni sənəddə, PKK-nın fəaliyyət quruluşu və təşkili üçün bir model olaraq erməni terror təşkilatlarını seçdikləri və psixoloji təsir yaratmaq üçün şiddət tətbiq etdikləri ifadə olunurdu. PKK-ASALA hücum planları 15 Avqust 1984-cü ildə PKK terrorçuları PKK lideri Öcalanın göstərişi ilə Siirtin Eruh mahalına və Hakkarinin Semdinli ilçələrinə hücumlar təşkil etdilər. Bu hücumlardan sonra mətbuatda ASALA-nın PKK-nı silahla təmin etdiyinə dair iddialar yer aldı. PKK-nın media orqanı olan “Serxwebûn” jurnalının 1984-cü ilin sentyabr sayında bu iddialar rədd edildi. Narko-baron sayılan iş adamı Behçet Cantürk 1981-ci ildə Suriyaya gedərək ASALA və PKK-nı narkotik ticarətini birlikdə idarə etməyə inandırdı. “Serxwebun” jurnalının 1983-cü il iyul sayında PKK ASALA-nın mülki şəxsləri öldürülməsini inkar etdi, həmçinin ASALA və PKK-ya birləşməyi təklif etdi. Unutmayaq ki, PKK, Hoybun Cəmiyyətinin müdafiə etdiyi tezislərə uyğun olaraq kürd və erməni “irqi birliyi”ni qoruyur. Düşmən məntiqi kin və nifrətlə işləyir, ölkəmizin insanları zəhər ifrazatı ilə qarşılaşır. ABŞ və Qərbin özünü göstərmək istədikləri qədər günahsız olmadığı aydındır. Suriyadakı SDG (Suriya Demokratik Gücləri) adlanan yeni quruluşa baxdıqda, ASALA - erməni missiyasını necə həyata keçirdiyi aydın görünür. Türk, kürd, şiə, sünni, çərkəz, lazdan istifadə edərək bu ölkənin enerjisini çəkiblər. Bizi erməni dəstələrinə qurban vermək üçün. Onların hər gün bizdən yeni bir can almasına imkan verməyək. Oyanın, burnumuzun dibindəki yeni erməni və İsrail dövlətinə imkan verməyək! Gəlin dövlətin bütün mexanizmlərini bir araya gətirək”, - məqalədə qeyd olunur.