Erməni əsgər başından yaralandı, öldü
6-05-2018 21:52
Baxış sayı:
4156
Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin şimalda yerləşən hərbi hissələrindən birinin müdafiə məntəqəsinin döyüş mövqeyində hərbçi ölüb.
Muxalifet.az yerli mətbuata istinadən xəbər verir ki, ölən hərbçi 1999-cu il təvəllüdlü Levon Arsenoviç Torosyandır. Onun başında odlu silah yarası aşkar edilib.
Hadisənin səbəblərinin araşdırılması məqsədi ilə istintaq aparılır.