​Erməni əsgər anaları: “Oğullarımızı narkotik ticarətindən xəbərdar olduqları üçün öldürüblər”

Bu gün Ermənistanın hökumət binasının qarşısında qeyri-döyüş şəraitində həlak olmuş erməni hərbçilərin analarının etiraz nümayişi keçirilib.
Nana Muradyan və İrina Kazaryan iddia ediblər ki, onların oğullarını orduda qətlə yetiriblər – çünki onlar zabit heyətinin oğurluğu və narkotiklərin alqı-satqısı barəsində məlumatlı imişlər və bu barədə danışırmışlar. Nana Muradyanın oğlu Valerik Muradyan 2010-cu ilin martın 15-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın Stepanakertdəki “Aykazov” hərbi hissəsində ölüb, İrina Kazaryanın oğlu Artur Kazaryan isə 2010-cu il, dekabrın 17-də “DQR”-in Hadrut rayonundakı hərbi hissəsində ölüb. İrina Kazaryanın sözlərinə görə, onun oğlu kəşfiyyatçı olub və erməni zabitlərin narkotik satışı barəsində məlumatı olub. O, bu barədə anası ilə telefon söhbətində də deyib. Dörd gündən sonra Artur Kazaryanı “Muratsan” hərbi hospitalına gətirəndə o, ölümcül vəziyyətdə imiş./Hurriyyet.org/