Elnur Eltürk AMEA-dakı işindən ayrılıb

Baxış sayı:
1730

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb.

AMEA-dan məlumatı təsdiqləsələr də, onun hansı səbəbdən ərizə yazıb işindən ayrıldığını dəqiqləşdirməyiblər. Bildirilir ki, bir neçə aydır Elnur Eltürklə akademiyanın rəhbərliyi arasında soyuqluq yaranmışdı.

Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə "Vikipediya" sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə "Vikipediya" hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. "Vikipediya"nın reytinq cədvəlində Azərbaycan irəliləyib.

Həmçinin onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən coxdur ki, bu istiqamətdə fəaliyyət göstərir.