Elektron siqaretin ölümə səbəb olduğu təsdiqləndi

Baxış sayı:
115

ABŞ-da 40-dan çox insanın ölümünə səbəb olan elektron siqaretdə təhlükəli kimyəvi maddə aşkarlanıb.
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, elektron siqaretin hazırlanmasında istifadə edilən E asetat adlı kimyəvi maddənin zərəri aşkarlanıb.
Həmin maddə ağciyər xəstəliklərinə yol açır. 10 fərqli bölgədə elektron siqaret istifadəçisi 29 xəstədən alınan nümunələr bunu deməyə əsas verib.
Həkimlər E asetat adlı kimyəvi maddənin həddən artıq yapışqan olduğunu və ağciyərə daxil olduqdan sonra bir daha çıxmadığını bildiriblər.