"Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq" - DİN ƏHALİYƏ NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
1203

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Müraciətdə deyilir: "Ermənistan terrorçu dövlətdir. Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq".