Düşmənin Qubdalı istiqamətində atıb qaçdığı hərbi texnika və silah-sursat - VİDEO

Baxış sayı:
1092

Müdafiə Nazirliyi düşmənin Qubadlı istiqamətində ötən günlərdə gedən döyüşlər zamanı atıb qaçdığı daha bir partiya silah-sursatın və hərbi texnikanın görüntülərini yayıb.

Görüntülərə əsasən düşmənin işğal altında saxladığı kəndlərimizdən birində qurduğu müdafiə xətti darmadağın edilib, nəticədə düşmən 1 BMP-ni, 3 topu, onlara aid çoxsaylı mərmiləri, o cümlədən “Qrad” reaktiv yaylım atəşi sisteminə aid çoxsaylı raketləri, qumbaratan və qumbaraatan mərmilərini, digər sursatı, bir neçə avtomobili ataraq qaçıb. Habelə həmin kənddə qanunsuz məskunlaşmış ermənilər uzun illərdir torpaqlarımızı əkib-becərmək, talamaq üçün istifadə etdikləri bir neçə kənd təsərrüfatı texnikasını da ataraq qaçıblar.