Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı oğlan həlak oldu

Baxış sayı:
1079

Bu gün Ermənistanın silahlı qüvvələrinin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bildirilib ki, bu gün saat 16:00 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.