Düşmən Tərtər və Ağdamı atəşə tutur - RƏSMİ
5-11-2020 15:47
Baxış sayı:
1155

Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də, Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.