DÜŞMƏN GƏNCƏ VƏ MİNGƏÇEVİRİ RAKET ATƏŞİNƏ TUTDU / Yenilənib
17-10-2020 01:47
Baxış sayı:
1434

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına əsasən, Ermənistanın silahlı qüvvələri Mingəçevir şəhərini də növbəti dəfə atəşə tutub.
**
Hikmət Hacıyev: “Gəncə və Mingəçevir raket hücumlarına məruz qalıb”
"Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir".
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir", - o qeyd edib.