Dünyanın ən çox içki içilən ölkəsi...
17-05-2017 07:47

2016-cı il ərzində Litvada bir nəfər orta hesabla 16 litr spirt qəbul edib
Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yerə keçib.
"Sputnik Litva" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Qauden Qalea deyib.
ÜST-nin məlumatına görə, 2016-cı ildə Litvada bir nəfər orta hesabla 16 litr spirtli içki qəbul edib.
"Ən son hesablamalara görə, bu, onu Avropada ən iri "əyyaş ölkə" və dünyada ən çox içki qəbul edilən dövlət edir", - deyə Qalea bildirib.
O, bu göstərici üzrə siyahıya daha hansı ölkələrin daxil olduğunu açıqlamayıb.