"DÖVLƏT BİNALARINI ƏLƏ KEÇİRMƏYİ, DƏMİRYOLLARINI BLOKLAMAĞI TAPŞIRIB..." - DTX Saakaşvilini çevriliş göstərişi verməkdə ittiham etdi

Baxış sayı:
485

Mixail Saakaşvili türmədən müxalifət liderlərinə hakimiyyəti güc yolu ilə dəyişməklə bağlı tapşırıqlar verir.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

DTX iddia edib ki, müəyyən siyasi qrup Gürcüstan parlamenti, Hökumət aparatı, Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və s. dövlət binalarını mühasirəyə almaq, həmçinin dəmir yolunu və cəzaçəkmə müəssisələrini bloklamaq istəyir.

Xəbərdə bildirilir ki, mitinq iştirakçıları hüquq-mühafizə orqanı əməkdaşlarını özlərinə cəlb etmək və müxalifət liderlərindən birini məhv etmək imkanlarını da nəzərdən keçirir.

DTX xəbərdarlıq edib ki, qanunvericilik daxilində bütün tədbirlər görüləcək və günahkarlar məsuliyyətə cəlb ediləcək.

Qeyd edək ki, gürcü müxalifəti bugündən Saakaşvilinin saxlanıldığı Rustavi türməsinin önündə daimi aksiya keçirmək qərarı verib. Aksiyanın hədəfi Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsidir.