​DƏHŞƏT: Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar - FOTO

Baxış sayı:
559

Avqustun 9-da, axşam saat 23:45 radələrində Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon Yol Polisi Bölməsinin əməkdaşı Rauf Sübhan oglu Məmmədov adları və kimlikləri tam bəlli olmayan Yardımlı rayon sakinləri tərəfindən bıçaqlanıb.
Aralarında yaranan insident zamanı həmin şəxslər Rauf Məmməfova bir neçə bıçaq zərbəsi vurduqdan sonra idarə etdikləri "BMW-X5" markalı avtomobillə hadisə yerindən qaçıblar.
Lakin məsələyə cəld reaksiya verən Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 11 taqımının komandiri, mayor Hikmət Qafarov və taqımın inspektorları baş serjant Ramil Tapdıqov, baş serjant Vahid Huseynov və serjant Nurlan Həsənov operativlik göstərərək hadisə yerindən qaçan şəxslərin olduğu "BMW-X5" markalı minik avtomobilini aşkar edərək saxlayıblar.
Avtomobil Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma dayanacağına qoyulub.
Şahidlərin dediyinə görə, polis əməkdaşını bıçaqlayan Yardımlı rayon sakini Ceyhun adlı şəxs olub.
Ümumilikdə hadisəni törədənlər beş nəfər olub. Avtomobili idarə edən isə Yardımlı rayon sakini İbayev Sərvər Teymur oğludur.
Faktla bağlı araşdırmalar aparılır.