Deyinmək qadın sağlamlığına faydalıdır - MARAQLI ARAŞDIRMA

Baxış sayı:
13486

ABŞ-lı elm adamları qadınların öz özünü susdurmasının müxtəlif sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib. Aparılan bir araşdırmaya görə, qadınlar üçün bir münasibətdə üstünlüyü özünə vermək və sözünü çəkinmədən demək həyati əhəmiyyət kəsb edir.
Moderator.az xəbər verir ki, ABŞ-lı mütəxəssislərin həyata keçirdiyi yeni araşdırma qadınların qarşı tərəfə qəzəbləndiyi zaman susmasının infarkt və digər ürək-damar problemləri yaşamaq riskini artırdığını ortaya çıxarıb.
Araştırmanın nəticələrinə görə, insanların ağlından keçənləri söyləməsi fiziki və psixoloji sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.