Deputatlığa namizədlərin və onların nümayəndələrinin NƏZƏRİNƏ - MSK dəyişiklik etdi

Baxış sayı:
1095

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyun 2004-cü il tarixli 06/45 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na aşağıdakı dəyişiklik edilib.

Publika.az xəbər verir ki, qərarın 1.2-ci bəninə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur”.