Deputat Sasun Mikaelyan Qarabağda yaralandı - BİR NEÇƏ GÜN ƏVVƏL QOCALARI YIĞIB DÖYÜŞƏ GƏLMİŞDİ...

Baxış sayı:
1233

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından deputatı, “Yerkrapa” veteranlar və könüllülər ittifaqının rəhbəri Sasun Mikaelyan Qarabağda gedən döyüşlərdə yaralanıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda deputatın fraksiya üzr həmkarı Artak Manukyan bildirib.

O, deyib ki, birinci Qarabağ müharibəsinin veteranlı olan Mikaelyan qəlpə yarası alıb və həyatına təhlükə yoxdur.

Sasun Mikaelyan oktyabrın 14-də Yerevanda əsasən yaşlılardan ibarət bir qrup “Yerkrapa” üzvünü toplayaraq onların qarşısında alovlu nitqlə çıxış etmişdi və Qarabağa yollanmışdı. Mikelyan qoca-qoltaq “döyüşçülərini” inandırırdı ki, azərbaycanlıların “kökünü kəsmək” lazımdır. Və indi belə görünür ki, Mikaelyanın və onun başına topladığı qoca-qoltaqların özlərinin axırı çatıb. Sasun Mikaelyan birinci Qarabağ müharibəsində dinc azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə ad çıxarmışdı və Xocalı qətliamında şəxsən iştirak etmişdi.

Bundan əvvəl daha bir Xocalı cəlladı-Ermənistan parlamentinin keçmiş deputatı olan Rüstəm Qasparyan və oğlu da Qarabağda ordumuz tərəfindən məhv edilib.