Damlanın səbrinin SON DAMLASI: "Narkoman dedilər, iyrənc video hazırladılar..."

Baxış sayı:
12466

"Narkoman dedilər, içki aludəçisi dedilər, məni və sevənlərimi əzdilər. Haqqımda olan-olmazı danışdılar. Heç kimdən dəstək görmədən üst-üstə yaraladılar. Şər atdılar. İyrənc video hazırladılar".
Bu sözləri müğənni Damla instaqramda yazıb. Bərdədə "Asan Yay Festivalı" münasibətilə təşkil olunmuş konsertdə inanılmaz izdihamla qarşılanan ifaçı efirə çıxdığı gündən bəri çirkin və haqsız ittihamlarla üzləşməyinə baxmayaraq, tamaşaçı sevgisini heç vaxt itirmədiyini qeyd edib.
"Mahnılarıma bayağı deyib, instaqram və youtube izləyicilərimi saxta adlandırdılar. İzlənmə saxta, sevgilər saxta sevənlərimin sevgi dolu hücumları saxta, foto savaşları saxta, təpədən dırnağa məni sanki xalq düşməni etdilər. Heç kim məni dəstəkləmədi. Məni dəstəkləyən sənət dostlarımı da qınadılar. Mən bu yolda yıxıla-yıxıla göydə Allaha, yerdə sizin sevginizə sığındım.
Məni hamının yanında siz qalib etdiniz. Mən tək başına heç nə bacarmazdım. Bu gün qürurla deyirəm ki, getdiyimiz hər yerdə bu alqış, bu sevgi bizimlədir", - deyə Damla sözlərinə əlavə edib.
Qeyd edək ki, Damla Bərdədə verdiyi konsertdə dəhşətli izdihamla üz-üzə gəlib.