DAHA BİR YÜKSƏK RÜTBƏLİ RUS ZABİTİ UKRAYNADA MƏHV EDİLDİ – Şimali Donets çayı üzərindən keçməyə çalışan rus ordusu böyük itki verib

Baxış sayı:
800

Ukraynaya qarşı vuruşan daha bir rus zabit məhv edilib.
Qafqaz.media xəbər verir ki, polkovnik Denis Kozlov çərşənbə axşamı Vladimir vilayətinin Murom şəhərində dəfn edilib.
“Murom24” nəşrinin məlumatına görə, polkovnik mayın 11-də qoşunların daha da irəliləməsi cəhdi zamanı həlak olub. Məhz bu zaman Luqansk vilayətinin Beloqorovka kəndi yaxınlığında Şimali Donets çayı üzərindən ponton keçidi yaratmağa çalışan rus ordusu böyük itki verib.
Polkovnik Kozlov ölümündən iki gün əvvəl 12-ci briqadanın yerləşdiyi Başqırdıstanın Çişmı kəndində “Böyük Vətən Müharibəsi”ndə Qələbənin 77-ci ildönümü münasibətilə keçirilən bayram mitinqində iştirak edib.
Bu briqada Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ikinci komandirini itirir: martın 14-də Ukraynada polkovnik Sergey Poroxnya da öldürülüb.