Daha 2 dövlət idarəsində işləyənlərin maaşı artırıldı - 1710 MANATA ÇATDI

Baxış sayı:
1188

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb. Bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib. Dəyişikliyə əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub: Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla) 1. Direktor 1540 2. Direktorun müavini 1230 3. Şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib 900 4. Şöbə müdirinin müavini, kompüter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavini 760 5. Ümumi şöbənin müdiri, kitabxana müdiri 500 6. Böyük elmi redaktor, iqtisadçı, mühasib 445 7. Elmi redaktor 400 8. Kiçik redaktor, komendant, mütəxəssis 370 9. Avtomobil sürücüsü 320 10. Arxivçi 295 11. Yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət 260 Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin də aylıq vəzifə maaşları artırılıb. Dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1265 manatdan 1710 manatadək artırılıb. Eyni zamanda, qərarla Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavininin aylıq vəzifə maaşı 1380 manat (indiyədək 985 manat), şöbə müdiri, baş mühasibin aylıq vəzifə maaşı 910 manat (indiyədək 649 manat), baş məsləhətçinin aylıq vəzifə maaşı 630 manat (indiyədək 451 manat), aparıcı məsləhətçinin aylıq vəzifə maaşı 600 manat (indiyədək 429 manat), məsləhətçinin aylıq vəzifə maaşı 585 manat (indiyədək 418 mana), Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssisin aylıq vəzifə maaşı 340 manat (indiyədək 220 manat), sürücünün aylıq vəzifə maaşı 320 manat (indiyədək 242 manat), xadimənin aylıq vəzifə maaşı isə 260 manat (indiyədək 171 manat) olub. Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla) 1. İcraçı direktor 1710 2. İcraçı direktorun müavini 1380 3. Şöbə müdiri, baş mühasib 910 4. Baş məsləhətçi 630 5. Aparıcı məsləhətçi 600 6. Məsləhətçi 585 7. Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 340 8. Sürücü 320 9. Xadimə 260 Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.