Dağıstanda məhbuslar qiyam etdilər – VİDEO
21-09-2019 09:21
Baxış sayı:
9700

Dağıstanın Tübe qəsəbəsində yerləşən islah-əmək koloniyasında məhbuslar kütləvi iğtişaş törədiblər.
“Life” xəbər verir ki, etirazların səbəbi hələ aydın olmayıb.
Rəsmi orqanlardan verilən məlumata görə, sentyabrın 20-də kriminal aləmə aid olan şəxslər həbsxanada digər məhbusları saxlanılma rejimini pozmağa vadar edib.
Bildirilir ki, kütləvi etizamsızlığı dinc yolla, güc tətbiq etmədən həll etmək mümkün olub.