“Cərimələrdən qaçmaq mümkün olmayacaq” – İbrahim Məmmədov

Baxış sayı:
386

Koronavirusa yoluxma göstəricisi ilə bağlı selektiv yanaşma tətbiq oluna bilər.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hansı rayonda yoluxma artarsa, o rayon qapadıla bilər.

“Karantin rejiminin tələblərinə əməl etməyənlər cərimələnəcək. Buna aidiyyatı qurumlar nəzarət edəcək. Cərimələrdən qaçmaq mümkün olmayacaq. Cərimələrin sayı çoxalacaq. Məsuliyyətli yanaşma lazımdır”./azvision.az