Cənubi Koreyada qırıcı DAĞA ÇIRPILDI
5-04-2018 11:23
Baxış sayı:
4324
Cənubi Koreyada hərbi təyyarə qəzaya uğrayıb.
Muxalifət.az xəbər verir ki, “Yonhap” agentliyi hadisənin Kyonsan-Pukto əyalətinin Çxilqok bölgəsində baş verdiyini yazıb. Qırıcı təyyarənin qəzaya uğradığı ehtimal olunur. Hadisə şahidləri təyyarənin dağlıq əraziyə düşdüyünü və bir neçə dəfə partlayış səsi eşitdiklərini bildiriblər.
Qəza yerinə təcili yardım, yanğınsöndürmə və xilasetmə xidməti əməkdaşları göndərilib.