Bu şəxslərə “Vətənə xidmətə görə” ordeni verildi
18-10-2017 20:14
Azərbaycan prezidenti İlham Əliyev Şaitdin Sərdar oğlu Əliyevin II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, Ş. Sərdarov Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Nizami Hüseyn oğlu Nadirov Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.